14 mərtəbəli binada icazə sənədi olmadan tikinti aparılıb? - VİDEO
· 1 mənbə
Yasamal Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq qeyd edildi ki, ötən il aidiyyəti qurumlarla birgə sözügedən binaya baxış keçirilib, layihədən kənar görülən işlərin qarşısı alınıb. Hazırda binada əlavə tikinti-quraşdırma işləri aparılmır. Qeyd edilən ünvanda əvvəlki dövrdə görülən işlərlə bağlı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən hər hansı razılıq sənədi verilməyib. O da qeyd edilib ki, yaşayış sahələrinə yeni qaz xəttinin çəkilişi müvafiq texniki şərt əsasında səlahiyyətli qurumun icazəsi ilə həyata keçirilir və bu səlahiyyət Yasamal rayon İcra Hakimiyyətinə aid deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: Xəzər Xəbər · 27.11.2026, 21:25 · orijinal məqalə