GTA 6-nın satışından ilk həftədə 4,7 milyard dollar gəlir əldə olunub
· 1 mənbə
"Grand Theft Auto 6" (GTA 6) videooyununu satışa çıxarıldıqdan sonrakı ilk həftədə təxminən 53 milyon nüsxə təşkil edib, gəliri isə 4,7 milyard dollara çatıb.
"Report" xəbər verir ki, bu, "Alinea Analytics" analitik şirkətinin qiymətləndirməsində öz əksini tapıb.
Qeyd olunub ki, satılan nüsxələrin 75,7 %-i "PlayStation 5"in, 24,3 %-i və ya təxminən 13 milyonu "Xbox"un payına düşüb. ABŞ-də "PlayStation 5" üçün olan bütün nüsxələrin üçdə biri alınıb.
"Alinea Analytics"in qiymətləndirməsinə görə, ilk həftə ərzində təxminən 7 milyon istifadəçi oyunda 50 saatdan çox, 250 minə yaxını isə 100 saatdan çox vaxt keçirib.
Mənbə: Report · 27.11.2026, 21:18 · orijinal məqalə