2026-cı il türk şou-biznesində ayrılıq ili oldu – Məşhur cütlüklər bir-birindən ayrıldı -
· 1 mənbə
2026-cı il Türkiyənin şou-biznes dünyasında təkcə yeni eşq münasibətləri ilə deyil, gözlənilməz ayrılıq və boşanma xəbərləri ilə də yadda qalıb.
Milli.Az xəbər verir ki, bir zamanlar sevgiləri və xoşbəxt ailə həyatları ilə gündəmə gələn bir sıra məşhur simalar bu il yollarını ayırmaq qərarına gəliblər.
İlin ən çox müzakirə olunan ayrılıqlarından biri aktrisa İrem Helvacıoğlu ilə Ural Kasparın boşanması olub. 2024-cü ildə ailə quran və bir qız övladı olan cütlük 2026-cı ilin aprelində nikahlarını sonlandırıb.
Aktrisa Pelin Karahan və iş adamı Bedri Güntay da 12 illik evliliklərinə son qoyublar. İki övlad sahibi olan cütlük ayrılıq qərarını qarşılıqlı hörmət və anlaşma əsasında verdiklərini açıqlayıb.
Türkiyəli model Güzide Duran ilə iş adamı Adnan Aksoyun uzun müddət davam edən boşanma prosesi də bu ilin diqqətçəkən hadisələrindən olub. Mart ayında 18 illik evlilik rəsmi şəkildə başa çatıb.
Müğənni Lara da şəxsi həyatında yaşadığı problemlərlə gündəmə gəlib. Sənətçi 2023-cü ildə ailə qurduğu iranlı voleybolçu Mehdi Karimi ilə evliliyini bitirmək üçün məhkəməyə müraciət edib.
Sentyabr ayında isə müğənni Niran Ünsal ilə İbrahim Gugu arasında doqquz illik evliliyin sona çatdığı açıqlanıb. Cütlük ayrılıq qərarını qarşılıqlı hörmət və dostluq çərçivəsində verdiklərini bildirib.
Noyabrda isə keçmiş futbolçu Gökhan Töre ilə həyat yoldaşı Buket Töre arasında boşanma qərarı gündəmə gəlib. İki övladı olan cütlüyün ayrılıq prosesi ilə bağlı qarşılıqlı açıqlamaları da diqqət çəkib.
Beləliklə, 2026-cı il Türkiyə şou-biznesində bir sıra tanınmış cütlüklərin sevgi hekayələrinin sonlandığı il kimi yadda qalır. Bir zamanlar münasibətləri ilə nümunə göstərilən məşhurların ayrılıqları sosial şəbəkələrdə və maqazin gündəmində geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə: Milli.az · 28.11.2026, 06:06 · orijinal məqalə