40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR
· 1 mənbə
Məşhur aktyorları bir araya gətirən "Hamal" serialının ilk fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, çoxdandır gözlənilən ekran işi İstanbulun tarixi karvansaralarından dəbdəbəli plazalarına qədər uzanan sərt bir dünyada qəhrəmanların öz keçmişləri ilə üzləşməsi və həyatda qalmaq uğrunda apardıqları amansız mübarizə əks olunub.
Serialın efir vaxtı da artıq bəllidir.
Oktay Kaynarca, Fahriye Evcen, Caner Cindoruk və Erdal Özyağcılar kimi tanınmış aktyorları eyni layihədə birləşdirən "Hamal" 15 dekabrda tamaşaçılara təqdim olunacaq.
"ATV" kanalında yayımlanacaq ekran işi güclü aktyor heyəti və maraqlı süjet xətti ilə indidən diqqət çəkir.
Məlumat üçün bildirək ki, aylar əvvəl aktyor Oktay Kaynarcanın gənc həmkarı Fahriye Evcenlə tərəf müqabili olması müzakirələr yaradıb. Məşhurların "Hamal" adlı serialda tərəf müqabili olmaqları birmənalı qarşılanmayıb.
Onlar arasındakı yaş fərqinin böyük olduğu bildirilib. Belə ki, Oktay Kaynarca 61 yaşında, Fahriye Evcen isə 40 yaşındadır.
Mənbə: Baku.ws · 26.11.2026, 12:54 · orijinal məqalə