Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı
· 1 mənbə
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatı çərçivəsində saxlanıldığı bildirilən müğənni Özcan Dənizdən xəbər var.
BAKU.WS xəbər verir ki, sənətçinin əmisi Halit Deniz sosial şəbəkə hesabında paylaşım edərək qardaşı oğlunun qadağan olunmuş maddələrdən istifadə etmədiyini və artıq azadlığa buraxıldığını açıqlayıb.
O paylaşımında sevənlərinə səslənərək bu sözləri qeyd edib:
"Şükürlər olsun, qardaşım oğlu Özcan Deniz bu günə qədər heç bir qadağan olunmuş maddədən istifadə etməyib və bu, rəsmi şəkildə təsdiqlənib. Sevənlərinin nəzərinə çatdırırıq ki, o, artıq sərbəst buraxılıb".
Qeyd edək ki, sənətçinin özündən məsələ ilə bağlı hələlik rəsmi açıqlama gəlməyib.
Mənbə: Baku.ws · 26.11.2026, 12:53 · orijinal məqalə