ABŞ Çin və bir sıra digər ölkələrdən idxal olunan mallara tarifləri artıra bilər
· 1 mənbə
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Çindən və bir neçə onlarla digər ölkədən idxal edilən mallara tətbiq olunan tarifləri artırmağa hazırlaşır.
ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qririn bu həftə Çin, Avropa İttifaqı və daha 14 ölkədə sənaye subsidiyaları və artıq istehsal gücü ilə bağlı araşdırmanın nəticələrini açıqlayacağı gözlənilir.
Araşdırmanın nəticələrinə əsasən, ABŞ Çin, Yaponiya, Koreya Respublikası və Avropa İttifaqının bütün 27 üzv ölkəsindən idxal olunan məhsullara tarifləri artıra bilər. Tarif artımının əksər mal kateqoriyalarını əhatə edəcəyi bildirilir.
Yekun tarif dərəcəsi hələ müəyyənləşdirilməyib. Bununla belə, ABŞ administrasiyasının rəsmiləri dəfələrlə Donald Trampın ötən il müəyyən etdiyi tarif səviyyələrinə qayıtmaq niyyətində olduqlarını bəyan ediblər.
Qeyd edək ki, oktyabr ayında Çinin Ticarət Nazirliyi ABŞ-nin “artıq istehsal gücü” ilə mübarizə adı altında beynəlxalq təchizat zəncirlərini pozmaq cəhdlərinə qarşı cavab tədbirləri görəcəyini açıqlamışdı.
Mənbə: Trend · 25.11.2026, 04:32 · orijinal məqalə