ABŞ-da təyyarə qəzası
· 1 mənbə
ABŞ-ın Missisipi ştatının sahilləri yaxınlığında "Cessna 210" yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndəsi RİA Novosti-yə məlumat verib.
""Cessna 210" təyyarəsi noyabrın 24-də, çərşənbə axşamı yerli vaxtla saat 15:30 radələrində Missisipi ştatının Paskaqula şəhərindən cənub-qərbdə qəzaya uğrayıb”, – deyə qurumun məlumatında bildirilir.
Qurum təyyarənin göyərtəsində neçə nəfərin olduğunu dəqiqləşdirməyib.
Jurnalistlərin məlumatına görə, təyyarə Luiziana ştatının Nyu-Orlean şəhərindən Florida ştatının Fort-Myers şəhərinə uçuş həyata keçirirmiş. Onun göyərtəsində ikisi uşaq olmaqla altı nəfər olub. Bütün sərnişinlər itkin düşmüş hesab edilir. İlkin məlumata görə, təyyarə ilə əlaqə kəsildikdən sonra o, suya düşüb.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 25.11.2026, 08:12 · orijinal məqalə