Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
· 1 mənbə
Bankomatdan istifadə edərkən PIN kodu və ya çıxarılacaq məbləği səhv daxil etmək tez-tez rast gəlinən haldır. Düymələrin dəqiq funksiyasını bilmək həm vaxt itkisinin qarşısını alır, həm də əməliyyatların təhlükəsizliyini təmin edir.
Milli.Az xəbər verir ki, "Sil" düyməsi səhv daxil edilmiş rəqəmi düzəltmək üçündür. Bu düymə sonuncu daxil edilən rəqəmi və ya müvafiq xanadakı məlumatı təmizləyərək düzgün PIN kodu və ya məbləği yenidən yazmağa imkan verir.
"İmtina" düyməsi: Əməliyyatı tamamilə dayandırmaq üçündür. Bankomatın hansı mərhələdə olmasından asılı olaraq istifadəçini əsas menyuya qaytarır və ya sessiyanı bağlayaraq kartı geri verir.
Bankomatdan uzaqlaşmazdan əvvəl vacib qaydalar: Nağd pulu götürdükdən sonra kartın cihazda unudulmadığını yoxlayın və çeki götürün (çekin üzərində hesab məlumatları ola biləcəyi üçün onu yerə atmayın, saxlamayacaqsınızsa cırıb atın). Əgər sessiya avtomatik bağlanmayıbsa, kənar şəxslərin hesabınızdan istifadə etməməsi üçün ayrılmazdan əvvəl mütləq "İmtina" düyməsini sıxın.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 25.11.2026, 08:08 · orijinal məqalə