ABŞ-dan Rusiya ilə bağlı gözlənilməz qərar: Bu plan baş tutmadı
· 1 mənbə
ABŞ administrasiyası Rusiyanı Ukraynada müharibəni dayandırmağa təşviq etmək məqsədilə biznes sazişlərindən istifadə planını gündəmdən çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Buna səbəb Moskvanın ABŞ-ın təklif etdiyi enerji və aviasiya layihələrinə maraq göstərməməsi olub.
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Avropa rəsmilərinə bildiriblər ki, Rusiya ilə korporativ əməkdaşlıq artıq Vaşinqtonun əsas təklifləri sırasında deyil.
Məlumata əsasən, Kuşner əvvəllər müharibədən sonrakı dövrdə ABŞ şirkətlərinin Rusiyanın neft layihələrinə və titan istehsalına investisiya yatırması ideyasını irəli sürüb. Həmçinin ABŞ investorunun Almaniyaya qaz nəql edən “Şimal axını” boru kəmərlərinə cəlb edilməsi məsələsi də müzakirə olunub.
Lakin Rusiya tərəfi sonradan bu təşəbbüslərə marağını itirib. Moskva sülh müqabilində Ukraynanın ərazilərindən imtina etməsini və digər güzəştlərə getməsini tələb edir. Kiyev isə bu şərtləri qəbuledilməz hesab edir.
Müəllif: Roza
Mənbə: Publika.az · 25.11.2026, 11:36 · orijinal məqalə