Puxaç “Barselona”nın futbolçusu ilə görüşdü

· 1 mənbə

“Sabah”ın futbolçusu Timoteuş Puxaç “Barselona”nın qolkiperi Voysex Şesnı ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, onlar ötən gün komandaların baş tutan açıq məşləri arasındakı fasilədə bir-biri ilə söhbətləşiblər.

Polşa millisindən komanda yoldaşları olan futbolçuların görüşündən fotonu Puxaç instaqram hesabında paylaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərəhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Barselona” görüşü bu gün saat 21:45-də başlayacaq.

Mənbə: Qafqazinfo · 25.11.2026, 11:44 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu