ABŞ Ədliyyə Nazirliyi "Nvidia" rəhbəri ilə bağlı araşdırma aparılmasını istisna etmir

· 1 mənbə

ABŞ Ədliyyə Nazirliyi “Nvidia” şirkətinin baş direktoru Censen Huang barəsində araşdırma aparılmasını istisna etmir.

APA xəbər verir ki, bunu qurumun rəhbəri Todd Blanş bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Huangın Ədliyyə Nazirliyi tərəfindən bəraət aldığı barədə açıqlamasına münasibət bildirərək bu sözlərin həqiqəti əks etdirdiyini deyib.

Blanş hazırda Huang barəsində araşdırma aparıldığına dair heç bir məlumat görmədiyini, lakin gələcəkdə belə bir istintaqın başlanmasını istisna edə bilməyəcəyini vurğulayıb.

Nazir əlavə edib ki, qanun pozuntusuna dair sübutlar aşkar edilərsə, müvafiq ittihamlar irəli sürüləcək.

Mənbə: APA · 25.11.2026, 01:43 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu