Almaniya “Patriot” kompleksləri üçün 480-dən çox raket almağa 4 milyard avro ayıracaq

· 1 mənbə

Bakı. Trend:

Almaniya “Patriot” zenit-raket kompleksləri üçün azı 480 raket və müvafiq avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Bu qərar ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məqsədi daşıyır.

Bildirilib ki, tədarüklər Bundesverin uzunmüddətli modernləşdirmə proqramı çərçivəsində 2030-cu ildən 2033-cü ilin sonunadək həyata keçirilməlidir.

Mənbə: Trend · 25.11.2026, 01:56 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu