ABŞ Hörmüz boğazından bir həftə ərzində 108 milyon barel neftin çıxarılmasını təmin edib

· 1 mənbə

Bakı. Trend:

Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Fars körfəzi ölkələrindən Hörmüz boğazı vasitəsilə rekord həcmdə neft ixrac edilib.

Bu barədə “Al Hadath” telekanalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından rekord həcmdə neft daşınıb”, – deyə amerikalı rəsmi bildirib.

Onun sözlərinə görə, bir həftə ərzində boğaz vasitəsilə 108 milyon barel neft nəql edilib. Bu, ABŞ və İran arasında Fars körfəzi bölgəsində münaqişənin başlanmasından bəri həftəlik ən yüksək göstəricidir.

ABŞ administrasiyasının nümayəndəsi əlavə edib ki, Vaşinqton “qabaqcıl komponentlərin quru yolları ilə İrana çatdırılmasının qarşısını almaq üçün çalışır”.

Mənbə: Trend · 24.11.2026, 02:03 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu