ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracı 21 faiz artıb

· 1 mənbə

ABŞ 2026-cı ilin yanvar-sentyabr aylarında mayeləşdirilmiş təbii qaz (LNG) ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artırıb.

APA xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin aylıq hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə ABŞ təxminən 133,9 milyard kubmetr mayeləşdirilmiş təbii qaz ixrac edib.

İxracın əsas istiqaməti Avropa olub. Bu regiona 74,3 milyard kubmetr LNG göndərilib ki, bu da ümumi ixracın 56 faizini təşkil edir.

Asiya ölkələrinə isə təxminən 38 milyard kubmetr qaz ixrac olunub. Bu, ümumi həcmin 28 faizinə bərabərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-ın Avropaya LNG tədarükü 1 faizdən az azalıb, Asiyaya ixracı isə 86 faiz artıb.

Mənbə: APA · 24.11.2026, 01:58 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu