ABŞ ilk hipersəs raket batareyasını silahlanmaya qəbul edib
· 1 mənbə
ABŞ Quru Qoşunları ilk LRHW (“Dark Eagle”) hipersəs raket batareyasını silahlanmaya qəbul edib.
“Breaking Defense” portalının məlumatına görə, bunu ABŞ Quru Qoşunlarının silah tədarükü proqramının rəhbəri, general Frenk Lozano bildirib.
“Batareya qoşunlara təhvil verilib və istifadəyə hazırdır. O, dünyanın istənilən nöqtəsində yerləşdirilə və tətbiq oluna bilər”, – deyə general qeyd edib.
Lozano hipersəs raket batareyasının harada və nə vaxt yerləşdirildiyini açıqlamayıb.
Qeyd edək ki, LRHW orta mənzilli daşıyıcı raketdən və hipersəs sürətli süzən döyüş blokundan ibarət yerüstü raket kompleksidir.
Mənbə: APA · 25.11.2026, 20:41 · orijinal məqalə