ABŞ-İran danışıqları üçün 7 şərt: Yerinə yetirilməsə...

· 1 mənbə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə danışıqların aparılması üçün Tehranın irəli sürdüyü 7 şərtin yerinə yetirilməli olduğunu bildirib.

Publika.az xəbər verir ki, Qalibaf parlamentin iclasında çıxışı zamanı ABŞ prezidenti Donald Trampın və digər amerikalı rəsmilərin açıqlamalarını şərh edib.

O, İrana qarşı təhdidlərin və iqtisadi təzyiqlərin davam etdirilməsini Vaşinqtonun çarəsizliyinin göstəricisi kimi qiymətləndirib.

İranın mövqeyinin dəyişməz olduğunu vurğulayan Qalibaf qeyd edib ki, irəli sürülən 7 şərt yerinə yetirilmədən Vaşinqtonla heç bir danışıqlar aparılmayacaq.

“Düşmən hər hansı səhvə yol verərsə, müharibənin coğrafiyasını dəyişmək də daxil olmaqla qətiyyətli cavab verməyə hazırıq”, - deyə o bildirib.

Müəllif: Roza

Mənbə: Publika.az · 24.11.2026, 17:48 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu