2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə
· 1 mənbə
2027-ci ildə az büdcə ilə səyahət etmək istəyənlər üçün ən sərfəli doqquz ölkənin siyahısı hazırlanıb.
BAKU.WS xəbər verir ki, siyahıda tarixi abidələri, zəngin mədəniyyəti və əsrarəngiz təbiəti ilə seçilən ölkələr yer alıb.
Ən sərfəli variantlar arasında Laos və Nepal qərarlaşıb. Bu ölkələrdə turistlərin gündəlik xərcləri təxminən 15–25 ABŞ dolları arasında dəyişir.
Vyetnamda gündəlik səyahət xərcləri 20–35, Kambocada 22–35, Boliviyada isə 25–35 ABŞ dolları təşkil edir.
Hindistan, Şri-Lanka və İndoneziyada (Bali istisna olmaqla) turistlər gündəlik 25–40 ABŞ dolları xərcləməklə səyahət edə bilərlər.
Siyahıda yer alan yeganə Avropa ölkəsi olan Albaniyada isə gündəlik xərclər 35–50 ABŞ dolları arasında dəyişir.
Mütəxəssislər səyahət zamanı xərclərə qənaət etmək üçün yerli yeməklərə, ictimai nəqliyyata və münasib qiymətli yaşayış yerlərinə üstünlük verməyi tövsiyə edirlər.
Qeyd edək ki, göstərilən məbləğlər təxminidir və səyahət mövsümündən, eləcə də seçilən xidmətlərdən asılı olaraq dəyişə bilər.
Mənbə: Baku.ws · 24.11.2026, 17:52 · orijinal məqalə