ABŞ "Lukoil"un xarici aktivlərini alır - Rusiyaya pul verilməyəcək

· 1 mənbə

Amerikanın "Eldridge" şirkətinin rəhbərlik etdiyi konsorsium Rusiyanın “Lukoil" şirkətinin beynəlxalq aktivlərini əldə etmək üçün razılaşma imzalayıb.

Modern.az xəbər verir ki, sövdələşməyə 11 ölkədəki neft-qaz layihələri, Avropada yerləşən üç neft emalı zavodu, beynəlxalq treyder LITASCO və 16 ölkədə fəaliyyət göstərən 2 mindən çox yanacaqdoldurma məntəqəsi daxildir.

Bu aktivlərin ümumi hasilatı sutkada təxminən 350 min barel neft ekvivalentinə bərabərdir.

Sövdələşmənin şərtlərinə əsasən, Rusiya tərəfinə birbaşa pul ödənişi nəzərdə tutulmur. Satışdan əldə ediləcək vəsait beş il müddətinə və ya sanksiyalar ləğv edilənədək məhdud çıxış imkanları olan xüsusi hesabda saxlanılacaq.

Mənbə: Modern.az · 29.11.2026, 21:46 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu