Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb

· 2 mənbə

Liviya Ukraynanın Benqazi limanına pilotsuz uçuş aparatları ilə hücumuna görə ölkənin Ukraynadakı səfiri Usama Məhəmməd Əbu əl-Qasimi məsləhətləşmələr üçün geri çağırıb.

APA xəbər verir ki, Liviya Xarici İşlər Nazirliyi hücumu ölkənin suverenliyinə qəsd və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, noyabrın 22-də Ukrayna dronları Benqazi limanına hücum edib. Hadisə nəticəsində Liviya Milli Ordusunun Hərbi Dəniz Qüvvələrinin azı iki hərbçisi həlak olub.

Mənbə: APA · 29.11.2026, 21:25 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu