ABŞ-nin Bakıdakı səfirliyi Şükran Günü ilə əlaqədar iki gün fəaliyyət göstərməyəcək
· 1 mənbə
ABŞ-nin Azərbaycandakı səfirliyi Şükran Gününün qeyd olunması ilə əlaqədar noyabrın 26-dan 27-dək bağlı olacaq.
"Report" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Nəzərinizə çatdırırıq ki, Şükran Günü münasibətilə ABŞ-nin Bakıdakı səfirliyi 26 və 27 noyabr tarixlərində bağlı olacaq. Hər kəsə xoş və sevincli Şükran Günü arzulayırıq!", - məlumatda bildirilib.
Mənbə: Report · 26.11.2026, 11:06 · orijinal məqalə