Litvalı nazir "Sabah"ın baş məşqçisini təltif etdi - Foto

· 2 mənbə

“Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskasa Litvanın “Diplomatiya ulduzu” mükafatı təqdim edilib.

Modern.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində paylaşım edilib.

Paylaşımda Dambrauskasın bir komandanı UEFA Çempionlar Liqasına çıxaran ilk litvalı məşqçi olduğu vurğulanıb.

“Bəzən diplomatiya bağlı qapılar arxasında keçirilən görüşlər və imzalanan müqavilələrdən kənara çıxır. Futbol da diplomatiyanın bir forması ola bilər. Fədakarlığınıza, zəhmətinizə və Litvanı dünya futbol ictimaiyyətində tanıtdığınıza görə təşəkkür edirik”, – paylaşımda bildirilib.

Mənbə: Modern.az · 26.11.2026, 11:35 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu