“ABŞ Ukrayna müharibəsinin həlli üçün yeni təkliflər hazırlayır”

· 1 mənbə

“ABŞ administrasiyası Ukraynada müharibənin dayandırılması istiqamətində yeni təkliflər üzərində işləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp açıqlama verib.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Melaniya Tramp münaqişənin həlli istiqamətində görülən işlərlə bağlı suala “Biz bunun üzərində işləyirik”, – deyə cavab verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp şənbə günü Ukraynada atəşkəsə nail olmaq üçün səylərin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Xatırladaq ki, Melaniya Tramp daha əvvəl rusiyalı və ukraynalı uşaqların ailələrinə qovuşmasına yardım göstərib. Onun təşəbbüsü ilə ümumilikdə beş uşaq ailəsinə qovuşub.

“The New York Times”ın məlumatına görə, birinci xanım Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri ilə keçirilən görüşdə də sülh təşəbbüslərinə dəstək nümayiş etdirib.

Mənbə: Qafqazinfo · 23.11.2026, 23:50 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu