Abşeronda yolların əsaslı təmirinə 2.8 mln manat ayrılıb
· 1 mənbə
Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələri, Novxanı, Masazır və Fatmayı kəndlərində büdcə və büdcədənkənar vəsait hesabına 2026-cı ildə yolların əsaslı təmiri üçün dövlət satınalması həyata keçirmişdir.
Banker.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 2 mln 832 min 754 manat olaraq nəzərdə tutulmuşdur.
Tenderin qalibi “Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Xatırladaq ki, Banker.az-ın 2024-cü ildə verdiyi xəbərə əsasən, şirkət Xırdalan şəhərində 2 mln dəyərində olan abadlıq işləri üçün dövlət satınalmasının da qalibi olmuşdur.
Mənbə: Banker.az · 25.11.2026, 17:01 · orijinal məqalə