ADY ilə Rusiyanın “Rusagrotrans” şirkətinin birgə müəssisəsi ləğv olunduğunu elan edib

· 1 mənbə

Dəmir yolu ilə yükdaşıma sahəsində fəaliyyət göstərən “AzRusTrans” QSC ləğv olunduğunu elan edib.

Banker.az xəbər verir ki, “AzRusTrans”ı 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” (ADY) və Rusiyanın taxıl daşıma operatoru “Rusagrotrans” təsis edib.

Yaradılarkən şirkətin 51%-i ADY-yə, 49%-i isə “Rusagrotrans”a məxsus olub. Şirkət Bakı–Tbilisi–Qars və Astara–Astara marşrutlarından istifadə etməklə Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə arasında taxıl da daxil olmaqla dəmir yolu ilə yükdaşımaları təşkil edib.

Qeyd edək ki, kreditorlar tələblərini iki ay ərzində AZ1025, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərdilər.

Mənbə: Banker.az · 27.11.2026, 14:23 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu