Aeroport yolunda “Kia” yük maşınına çırpıldı: xəsarət alan var

· 1 mənbə

Bakının Suraxanı rayonunda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə aeroport şosesinin Əmircan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Cahan Rzazadənin idarə etdiyi “Kia” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü müxtəlif sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Publika.az · 25.11.2026, 08:41 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu