Aİ Rusiya və Belarus hərbi-sənaye komplekslərinə qarşı sanksiyaları gücləndirəcək

· 1 mənbə

Bakı. Trend:

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində Rusiya və Belarusun hərbi-sənaye kompleksinə qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.

“Rusiya və Belarusun hərbi-sənaye kompleksinə təzyiqi artırırıq. Sanksiya siyahısına, o cümlədən məhdudiyyətlərdən yayınma prosesində iştirak edən şirkətlər də daxil olmaqla, 100-dən çox yeni mövqe əlavə edirik”, – deyə Kallas “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Aİ həmçinin 20-dən çox şirkətə qarşı ixrac nəzarətini gücləndirəcək.

Mənbə: Trend · 24.11.2026, 02:36 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu