AK Partiya sədrinin müavini Hayati Yazıcı partiyadakı bütün vəzifələrindən istefa verib
· 1 mənbə
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıcı partiyadakı bütün vəzifələrindən istefa verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Hayati Yazıcı öz “X” hesabında məlumat verib.
O, partiyada icra etdiyi Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK), eləcə də Mərkəzi İcraiyyə Komitəsinin (MYK) üzvlüyü vəzifələrindən istefa verdiyini bildirib.
Yazıcı açıqlamasında qərarının siyasi etika və məsuliyyət anlayışından irəli gəldiyini qeyd edib.
Qeyd edək ki, Hayati Yazıcının oğlu Mustafa Yazıcının adı fond qalmaqalı ilə bağlı araşdırmada hallanıb. Onun başqa şəxslərin adlarından istifadə etməklə Adil Katılım Bankını qanunsuz şəkildə təsis etdiyi iddia olunub. Mustafa Yazıcı istintaq çərçivəsində iki dəfə prokurorluqda ifadə verib. Sonuncu ifadəsindən sonra barəsində xaricə çıxış qadağası və həftədə iki dəfə imza atmaq şərti ilə məhkəmə nəzarəti tədbiri seçilib.
Mənbə: APA · 24.11.2026, 21:38 · orijinal məqalə