Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb

· 1 mənbə

Ər-Riyadda maliyyə mərkəzinin qüllələrindən biri Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) hücumuna məruz qalıb, nəticədə 11 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ər-Riyadda maliyyə mərkəzinin qüllələrindən biri husi silahlıları tərəfindən terror hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb", - məlumatda bildirilib.

Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərliyi altında husilərə qarşı döyüş əməliyyatları aparan koalisiya Ər-Riyadın maliyyə rayonundakı göydələnin terror hücumunun hədəfi olduğunu bildirmişdi.

Mənbə: Report · 24.11.2026, 20:29 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu