Allaha şükür, karyeram bu təşkilatdan kənarda olub

· 1 mənbə

50 yaşlı əfsanəvi rusiyalı qarışıq döyüş ustası Fyodor Yemelyanenko Deyn Uaytın “Ultimate Fighting Championship” (UFC) promouşn yarışlarında iştirak edə bilməməsi ilə bağlı danışıb.

Publika.az xəbər verir ki, TASS Yemelyanenkodan sitat gətirib:

-Döyüşməyə hazırsan?

-Xeyr, mən artıq 50 yaşdayam, harada döyüşərdim? Heç vaxt Deyn Uaytdan və ya UFC-dən asılı olmamışam. Heç vaxt. Allaha şükür, karyeram bu təşkilatdan kənarda qurulub. Mən döyüşçülərlə – UFC çempionları ilə döyüşdüm. Və Allaha şükür ki, onları məğlub etdim”.

Yemelyanenko peşəkar qarışıq döyüş sənətçisi kimi debütünü 2000-ci ilin avqustunda edib və 2023-cü ilin fevralında karyerasını başa vurub. Onun 40 qələbəsi var, bunlardan 31-i nokautla bitib.

Mənbə: Publika.az · 27.11.2026, 19:40 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu