"Real" futbolçusu Braim Diasla müqavilənin müddətini uzadıb

· 2 mənbə

İspaniyanın "Real" (Madrid) klubu futbolçusu Braim Diasla müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi 2031-ci ilin yayınadək "Kral klubu"nun formasını geyinəcək.

Braim Dias 2019-cu ildə, 19 yaşında olark'n "Real"a qoşulub. O, komandanın heyətində keçirdiyi altı mövsüm ərzində 173 oyunda meydana çıxıb və 7 titul qazanıb.

Mənbə: Report · 27.11.2026, 16:10 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu