Almaniya kanslerinin reytinqi düşdü
· 1 mənbə
Almaniya kansleri Fridrix Mertsin fəaliyyəti ölkə əhalisinin böyük əksəriyyətinin narazılığına səbəb olur.
Modern.az xəbər verir ki, bu barədə Forsa Sosioloji İnstitutunun keçirdiyi sorğunun nəticələrində bildirilib.
Sorğunun nəticələrinə əsasən, almanların 88 faizi Fridrix Mertsin kansler kimi fəaliyyətindən narazıdır. Bu göstərici ötən həftə ilə müqayisədə 2 faiz bəndi artıb.
Maraqlıdır ki, hətta kanslerin rəhbərlik etdiyi mühafizəkar Xristian Demokrat İttifaqı (XDİ) və Xristian Sosial İttifaqının (XSİ) tərəfdarları arasında da Mertsin fəaliyyətindən narazı olanlar çoxluq təşkil edir. Belə ki, həmin siyasi blokun tərəfdarlarının 60 faizi kanslerin işindən razı olmadığını bildirib.
Respondentlərin cəmi 11 faizi Mertsin fəaliyyətindən məmnun olduğunu deyib.
XDİ/XSİ tərəfdarları arasında isə kanslerin fəaliyyətini müsbət qiymətləndirənlərin payı 39 faiz təşkil edib.
Mənbə: Modern.az · 25.11.2026, 12:35 · orijinal məqalə