Bakı–Quba yolunda yük maşınlarının çəkisinə elektron nəzarət başlayır

· 1 mənbə

Noyabrın 30-dan Bakı–Quba–Rusiya sərhədi avtomobil yolunda yük maşınlarının çəkisinə yeni elektron tərəzi ilə nəzarət ediləcək.

Banker.az xəbər verir ki, tərəzi M-1 magistralının 191,3-cü kilometrində, Qusar rayonunun Samur qəsəbəsi ərazisində, Bakı istiqamətində quraşdırılıb.

Elektron tərəzi yük maşınlarının icazə verilən çəki həddinə əməl edib-etmədiyini avtomatik yoxlayacaq. Həddin aşıldığı aşkar edilərsə, məlumat real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürüləcək və inzibati tənbeh barədə elektron qərar çıxarılacaq.

Elektron tərəzilər yol örtüyünü qorumaq, yolların istismar müddətini uzatmaq və hərəkət təhlükəsizliyini artırmaq məqsədilə mərhələli şəkildə quraşdırılır. Daşıyıcılardan nəqliyyat vasitəsinin ölçülərinə, ümumi çəkisinə və yüklə birlikdə oxa düşən kütləyə dair tələblərə əməl etmələri istənilir.

Mənbə: Banker.az · 25.11.2026, 12:39 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu