Almaniya “Patriot” raketlərinin alınmasına 4 milyard avrodan çox vəsait ayıracaq

· 1 mənbə

Almaniya hökuməti “Patriot” zenit-raket kompleksləri üçün yeni raketlərin və müvafiq avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Reuters” Almaniyanın müdafiə və maliyyə nazirliklərinin sənədlərinə istinadən məlumat yayıb.

Raketlərin dəqiq sayı açıqlanmasa da, ilkin müqavilə ən azı 480 ədəd raketin alınmasını nəzərdə tutur.

Tədarükün 2030-cu ildən 2033-cü ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Almaniya 2027-ci ildə müdafiə xərclərinə təxminən 140 milyard avro ayırmağı planlaşdırır.

Mənbə: APA · 25.11.2026, 06:01 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu