Tramp: İrana qarşı hərbi əməliyyatın maliyyələşdirilməsi yanvarın sonunadək təmin edilib

· 1 mənbə

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin yanvarın sonunadək təmin olunduğunu bildirib.

APA xəbər verir ki, o, bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.

Tramp gələn ilin yanvarında Konqresə nəzarətin demokratlara keçməsindən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarının məhdudlaşa biləcəyini etiraf edib.

O, ABŞ-ın hazırda İran üzərində tam qələbə qazandığını iddia edərək, demokratların bunu məğlubiyyətə çevirə biləcəyindən narahatlığını ifadə edib.

Mənbə: APA · 25.11.2026, 05:14 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu