AMB “102”yə edilən şikayətləri banklara avtomatik göndərəcək

· 1 mənbə

Azərbaycan Mərkəzi Bankı (AMB) Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə edilən müraciətlərin banklara ötürülməsini avtomatlaşdıracaq.

Banker.az xəbər verir ki, bunu AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum, Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, banklar və bəzi elektron pul təşkilatları arasında işçi qrupu fəaliyyət göstərir: “Bu istiqamətdə ilin sonuna qədər məlumat mübadiləsi prosesinin müəyyən qədər avtomatlaşdırılmasını və təkmilləşdirilməsini planlaşdırırıq. Hazırda vətəndaşların 102-yə etdiyi müraciətlər bizə və banklara yarımmanual, yarıavtomatik formada ötürülür. Bu prosesi tam avtomatlaşdırmaq istəyirik. Bu, məlumatların seqreqasiyası, hesabatların qarşılıqlı yoxlanılması (kross-çek) və digər məsələlər baxımından işimizi xeyli asanlaşdıracaq”.

Mənbə: Banker.az · 25.11.2026, 10:42 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu