Cabbar Musayev qərar imzaladı
· 1 mənbə
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında” 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli Sərəncamı və “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli Fərmanı ləğv edilib.
Mənbə: Publika.az · 25.11.2026, 10:48 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Cabbar Musayev qərar imzaladı