Antarktida sahilləri yaxınlığında 5,7 maqnitudalı zəlzələ baş verib

· 1 mənbə

Bakı. Trend:

Sakit okeanda, Antarktida sahillərindən 855 kilometr məsafədə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın Cənub adasında yerləşən Dunedin şəhərindən 1 927 kilometr cənubda olub. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:39-da qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5,9, ocağının dərinliyi isə 10 kilometr təşkil edib.

Mənbə: Trend · 25.11.2026, 07:43 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu