Astronomik qışın başlama tarixi açıqlandı

· 1 mənbə

Rusiyada astronomik qış dekabrın 21-də, qış gündönümü günü başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə astronom Lyudmila Koşman "RİA Novosti"yə müsahibəsində məlumat verib.

“Dekabrın 21-də saat 23:50-də (Bakı vaxtı ilə 00:50-də) qış gündönümü baş verəcək. Bu, astronomik qışın başlanğıcı və Yer kürəsinin Şimal yarımkürəsində ilin ən uzun gecəsidir”, – deyə Koşman tarixi açıqlayıb.

Onun sözlərinə görə, dekabrın 21-dən sonra gündüzün uzunluğu tədricən artacaq.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 25.11.2026, 07:47 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu