Aralıq dənizində tanker batdı: 7 min ton dizel yanacağı daşıyırmış

· 1 mənbə

Malta bayrağı altında üzən "Med Emre" tankeri Aralıq dənizində İbitsa yaxınlığında batıb.

Publika.az xəbər verir ki, Balear adalarının təcili yardım xidmətlərinin məlumatına görə, bir heyət üzvü ölüb, altı nəfər yaralanıb.

Xilasedicilərin sözlərinə görə, hadisə bu gün, 26 noyabrda, səhər tezdən, adadan təxminən 25 mil şimal-şərqdə baş verib. Kimyəvi maddə daşıyan gəmi Alqesirasdan Barselonaya gedirmiş.

İlkin hesablamalara görə, gəmidə təxminən 7000 ton dizel yanacağı daşınıb ki, bu da təxminən 1,2 milyon litrə bərabərdir. Tankerin heyətində ümumilikdə 17 nəfər olub.

Mümkün neft dağılması təhlükəsi səbəbindən çirklənmənin miqyasını qiymətləndirmək və nəticələrini təmizləmək üçün fəlakət yerinə ixtisaslaşmış gəmi göndərilib. Əməliyyatda dəniz xilasetmə təyyarəsi də iştirak edir və ərazidə hava kəşfiyyatı aparır.

Müəllif: Tural

Mənbə: Publika.az · 26.11.2026, 13:34 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu