Nazir Dambrauskasa mükafat təqdim etdi

· 1 mənbə

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun litvalı baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Budris “X” hesabında paylaşım edib.

“Bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, o, daha maraqlı bir vasitə - futbolla da həyata keçirilə bilər. “Sabah” FK-nın baş məşqçisi və Çempionlar Liqasında bir komandaya rəhbərlik edən ilk litvalı olan Valdas Dambrauskasa Litvanın “Diplomatiya Ulduzu”nu təqdim etməkdən qürur duyuram. Fədakarlığınıza, gərgin əməyinizə və Litvanı dünya futbol ictimaiyyətində tanıtdığınıza görə sizə təşəkkür edirik”, - paylaşımda deyilir.

Qeyd edək ki, Litvanın xarici işlər naziri Kestutis Budris ötən gün Bakıda keçirilmiş “Sabah”-“Barselona” matçını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birlikdə Bakı Olimpiya Stadionunda izləyib. Qarşılaşmada “Sabah” “Barselona”ya 1:4 hesabı ilə məğlub olub.

Mənbə: Qafqazinfo · 26.11.2026, 13:37 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Nazir Dambrauskasa mükafat təqdim etdi

Qafqazinfo saytında oxu