Astarada ağır qəza - xəsarət alan var

· 1 mənbə

Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib.

Belə ki, iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: Milli.az · 27.11.2026, 19:48 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az Astarada ağır qəza - xəsarət alan var

Milli.az saytında oxu