İki avtomobil toqquşdu: 7 yaşlı uşaq ağır xəsarət aldı

· 1 mənbə

Astarada iki avtomobilin toqquşması nəticəsində 7 yaşlı qız ağır xəsarət alıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N.Əlizadə xəsarət alıb.

Yaralı uşaq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozu qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Publika.az · 27.11.2026, 19:50 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu