Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
· 1 mənbə
Avropa İttifaqı Şurası 90 milyard avroluq kredit çərçivəsində 2027-ci ildə Ukraynaya 45 milyard avro ayrılmasını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Rəsmi Jurnalında dərc olunan sənəddə bildirilib.
Sənədə əsasən, vəsait 2027-ci il yanvarın 1-dən dekabrın 31-dək Ukraynaya təqdim olunacaq.
Məbləğin 31,7 milyard avrosu Ukraynanın hərbi-sənaye kompleksinin dəstəklənməsinə, 6,65 milyard avrosu "Ukraine Facility" mexanizmi vasitəsilə kredit formasında büdcə yardımına, daha 6,65 milyard avrosu isə makromaliyyə yardımına yönəldiləcək.
Qeyd edək ki, Avropa Komissiyası bu vəsaitin ayrılmasını oktyabrın 30-da təsdiqləyib.
Mənbə: Report · 25.11.2026, 23:44 · orijinal məqalə