Cəlilabad rayonunun bir hissəsi susuz qalıb
· 1 mənbə
Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində qəza baş verib.
Bu səbəbdən rayonun bir hissəsinə suyun verilişi dayandırılıb.
Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Mənbə: Report · 25.11.2026, 19:45 · orijinal məqalə