Avropaya uzanacaq kabel layihəsinin texniki işləri başa çatıb - Bayramov
· 1 mənbə
Xəzər dənizi ilə Qara dənizi birləşdirəcək, Qara dənizin dibi ilə Rumıniya sahillərinə, oradan isə Macarıstan və digər Avropa ölkələrinə uzanacaq kabel layihəsi üzrə texniki işlər başa çatıb.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihənin texniki və maliyyə-iqtisadi əsaslandırılması işləri yekunlaşıb:
"Mütəxəssislər layihənin çoxşaxəli və maliyyə baxımından əlverişli olduğunu düşünürlər. Yaxın gələcəkdə bu, artıq yeni bir istiqamət olacaq”, – deyə Ceyhun Bayramov qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, Azərbaycanla Gürcüstanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu və digər layihələr geniş Avropa məkanının enerji təhlükəsizliyinə ciddi töhfə verir.
Mənbə: Modern.az · 24.11.2026, 19:45 · orijinal məqalə