Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib
· 1 mənbə
Böyük Britaniyanın tanınmış basketbolçusu, 2024-cü il Paralimpiya Oyunlarının gümüş medalçısı Li Frayer cinsi zorakılıq və digər cinayətlərdə ittiham olunur.
BAKU.WS "The New York Times"a istinadən xəbər verir ki, idmançı Böyük Britaniya, İspaniya və Cənubi Afrika Respublikasında eyni qadına qarşı 11 dəfə cinsi zorakılıq törətməkdə ittiham edilir.
Bundan başqa, basketbolçuya qarşı fiziki zorakılıq, boğma, münasibətlərdə məcburedici nəzarət, şəxsi həyatın toxunulmazlığını pozma və kokain saxlama ittihamları irəli sürülüb.
Məhkəmə qarşısına çıxarılan Frayer ittihamların əksəriyyəti üzrə təqsirini etiraf edib.
Böyük Britaniyanın əlil arabasında basketbol federasiyası idmançını yarışlardan kənarlaşdırıb.
Məhkəmə prosesinin 2027-ci il martın 22-də başlaması nəzərdə tutulur. Həmin tarixədək basketbolçu həbsdə qalacaq.
Mənbə: Baku.ws · 24.11.2026, 17:30 · orijinal məqalə