Bakı Olimpiya Stadionunda "Sabah"ın "Barselona" ilə oyunöncəsi açıq məşqi baş tutub

· 1 mənbə

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda İspaniyanın "Barselona" klubu ilə üz-üzə gələcək "Sabah" oyundan əvvəl məşqə çıxıb.

"Report"un məlumatına görə, Valdas Dambrauskasın komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif terminləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

Mənbə: Report · 24.11.2026, 18:46 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu