Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

· 1 mənbə

Tanınmış aparıcı Azər Zahidin ölkədən çıxışına “stop” qoyulub.

Publika.az Xitab24.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

Ərizədə fiziki şəxs kimi fəaliyyət göstərən İsmayılov Azər Zahid oğlunun dövlət büdcəsinə ümumilikdə 7557,97 manat vergi borcu olduğu qeyd olunub.

Həmin borcun ödənilməsinin təmin edilməsi üçün aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi istənilib.

Məhkəmə dövlət qurumun ərizəsini təmin edib və Azər Zəhidin vergi

öhdəlikləri tam yerinə yetirilənədək ölkədən çıxışını müvəqqəti məhdudlaşdırıb.

Mənbə: Publika.az · 24.11.2026, 21:47 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu