Azərbaycan COP31-in təşkilinə görə Türkiyəni təbrik edib
· 5 mənbə
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransının uğurlu təşkilinə görə təbrik edib.
Publika.az xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.
Rəfiyev COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, Qlobal Adaptasiya Məqsədi, İqlim Maliyyəsi üzrə İş Proqramı və Adaptasiya Fondu ilə bağlı mühüm nəticələrin əldə olunduğunu bildirib.
O, Türkiyəyə COP31 sədrliyini qarşıdakı bir il ərzində həyata keçirməkdə uğurlar arzulayıb və COP32-nin gələcək sədri Efiopiya ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.
Mənbə: Publika.az · 23.11.2026, 23:35 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Azərbaycan Türkiyəni təbrik etdi