Azərbaycan klassiklərinin misraları süni intellekt vasitəsilə özbək dilində canlandırılıb
· 1 mənbə
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) həyata keçirdiyi “Məşhur misralar” layihəsi çərçivəsində yeni videoçarx hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, layihə Azərbaycan ədəbiyyatının zəngin irsini müasir texnologiyaların imkanları ilə birləşdirərək beynəlxalq auditoriyaya tanıtmaq məqsədi daşıyır.
Yeni buraxılışda Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri, Nizami Gəncəvi, Əfzələddin Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin ölməz yaradıcılığından seçilmiş misralar özbək dilində, süni intellekt texnologiyalarının köməyi ilə hazırlanmış videoçarxda canlandırılıb.
Mənbə: Qafqazinfo · 27.11.2026, 11:47 · orijinal məqalə